İŞÇİ QÜVVƏSİ, OPERATORLAR İLƏ TƏMİNETMƏ

Atilla Trans Services-A – böyük layihələr zamanı insan resurslarının idarə olunması sahəsində dərin biliklərə və zəngin təcrübəyə malikdir. Azərbaycanın yerli şirkətləri arasında bizim şirkət BP tərəfindən “HR Excellence” sertifikatı ilə mükafatlandırılmışdır. Mükafat “İnsan resurslarının effektiv idarə olunması”nda göstərilən fəallığa görə təqdim edilmişdir. 2015-ci ildə bizim şirkət BEGOG və “FiveCurrents”-in rəsmi tərəfdaşı olmuşdur – bu tərəfdaşlıq çərçivəsində bizim şirkət işçi qüvvəsi (400-dən nəfərdən çox), HSE (Sağlamlığın, Əməyin və Ətraf Mühitin Mühafizəsi) personalı, layihə qrupu, operatorlar, nəqliyyat vasitələri (60-can çox), sürücülər, dispetçerlər və keyterinq xidmətləri təqdim etmişdir, eləcə də “FiveCurrents” ilə birgə açılış və bağlanış mərasimləri layihələrinin idarə olunmasında iştirak etmişdir.


Bizim şirkət gərgin tender proseduru nəticəsində qalib seçilmişdir və tender iştirakçıları arasında biz ən yaxşıları olmuşduq.

Biz həmçinin Azərbaycanda keçirilmiş 4-cü İslam Həmrəyliyi Oyunları üçün tenderin qalibi seçilmişdik. Layihə Atilla Trans Services-A-nın əsas komandası tərəfindən 2017-ci ilin mart-iyun aylarında icra olunmuşdur. Bu layihənin məqsədi işçi və rəhbər heyətləri, yükləyicilərin və qaldırıcıların operatorları, projektor operatorları və s. ilə təmin etmək idi. Atilla Trans Services-A Azərbaycanda keçirilmiş İslam Həmrəyliyi Oyunları çərçivəsində müxtəlif vəzifələr üçün 250-dən çox müxtəlif işçi heyəti təqdim etmişdir. Layihə plandan heç bir yayınmalar olmadan uğurlu icra olunmuşdur. Layihənin icrası zamanı əsas rəhbəredici prinsiplər kimi beynəlxalq standartların tələbləri götürülmüşdür. Sifarişçi-təşkilat tərəfindən tövsiyə məktubu təqdim edilmişdir.

Image

İŞÇİ QÜVVƏSİ, OPERATORLAR

  • HSE (Sağlamlığın, Əməyin və Ətraf Mühitin Mühafizəsi) personalı

  • Layihə qrupu

  • İşçi heyətləri

  • Rəhbər heyətlər

  • Yükləyicilərin və qaldırıcıların operatorları

  • Projektor operatorları

Hansı həllin biznes ehtiyaclarınıza uyğun olduğuna əmin deyilsiniz?

atilla_logo_cyan_white.png

Peşəkar və praqmatik qalıraq, ən yaxşı həlli tapırıq!

SƏHİFƏLƏR

AXTARIŞ